Türkiyə Milli Müdafiə Universitetinin növbəti buraxılış mərasimi keçirilib.
Türkiyə Respublikası Milli Müdafiə Universitetinin Quru Qoşunları və Hava Qüvvələrinin Hərbi institutlarının "Qərargah zabiti kursu", həmçinin Müştərək Hərbi İnstitutunun "Müştərək qərargahın idarəedilməsi kursu"nun növbəti buraxılış mərasimləri keçirilib.
Azərbaycan Ordusunun zabitlərinin də qatıldığı kurslarda, 12 ölkədən 43 hərbi qulluqçu iştirak edib.
Kursların başa çatması münasibətilə keçirilən tədbirdə təhsil müəssisələrini müvəffəqiyyətlə başa vuranlara diplom və döş nişanı təqdim edilib.
"Azərbaycan Ordusu"