Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Fevral 2025 12:51

Hərbi institutda NATO proqramı çərçivəsində seminar-məşğələ keçirilib

Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində "Hərbi dənizçilik sahəsi üzrə ingilis dilində radioəlaqə" mövzusunda seminar-məşğələ keçirilib.
Proqrama uyğun olaraq, hərbi dənizçilərin dəniz əməliyyatları zamanı gəmilər və birləşmələr arasındakı radiorabitə, eləcə də fəlakət, fövqəladə hallar, axtarış-xilasetmə tədbirlərində "Standart Dəniz Rabitəsi" ifadələrindən istifadə üzrə brifinqlər təqdim edilib. Seminarın ilkin mərhələsində qazanılan nailiyyətlər və növbəti mərhələdə yarana biləcək suallar ətrafında fikir mübadiləsi aparılıb.
Seminarın keçirilməsində əsas məqsəd hərbi dənizçilərin dənizçilik sahəsində ingilis dilində beynəlxalq terminlərin istifadəsi ilə effektiv ünsiyyət üçün zəruri olan bilik və bacarıqlarının artırılmasıdır.

"Azərbaycan Ordusu"