Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Fevral 2025 18:16

Müdafiə Nazirliyinin komandası minifutbol turnirində qrupun lideridir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən III minifutbol turnirində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin komandası növbəti oyununu keçirib. 
Komandamız Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin komandası ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş 1:1 hesabı ilə başa çatıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə komandamız 16 xalla "C" qrupunun lideridir.

 

"Azərbaycan Ordusu"