Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir ki, bu da istər gənclərin, istərsə də yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsində müstəsna rol oynayır.
Mən hərbi xidmətdəyəm, əsgərəm. Qürurlanıram ki, belə bir ordunun əsgəriyəm. Bu ordu Azərbaycanın ərazi bütövlüyünü tam bərpa edən ordudur, bu ordu işğalı sonlandıran ordudur.
Biz - Azərbaycan Ordusunun əsgərləri qalib əsgərlərin layiqli davamçıları kimi nümunəvi xidmət edir, zabitlərimizin bütün əmr və göstərişlərini sözsüz və məsuliyyətlə yerinə yetiririk.
2 Fevral Azərbaycanda Gənclər Günüdür. Mən öz adımdan, xidmət yoldaşlarımın adından Azərbaycan Ordusunun əsgərlərini Gənclər Günü münasibətilə təbrik edir, hər birinə xidməti uğurlar arzulayıram. Əminəm ki, onlar bundan sonra da Ali Baş Komandanımızın bütün əmr və göstərişlərini böyük sədaqətlə yerinə yetirəcəklər.
Əsgər Vaqif MUSTAFAYEV
"N" hərbi hissəsi