Yanvarın 18-də Sərhədçi idman olimpiya mərkəzində davam edən yarışlar çərçivəsində Ordu İdman Klubunun yığması Sumqayıt komandası ilə görüşüb.
Qarşılaşma 7 xal fərqlə Ordunun üstünlüyü ilə sona çatıb. Ordu İdman Klubunun komandası 89:82 xal hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Yanvarın 21-də Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb.
1/8 final cütləri
"Gəncə" - "Ordu"
"Sumqayıt" - "Neftçi"
"Abşeron" - "Quba"
"Lənkəran" - NTD
"Naxçıvan", "Sabah", "Sərhədçi" və "Şəki" komandaları mübarizəyə 1/4 finaldan başlayacaqlar.
Oyunların start tarixi yanvarın 28-nə nəzərdə tutulub.
"Azərbaycan Ordusu"