Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Yanvar 2025 19:00

Müdafiə Nazirliyinin minifutbol komandası növbəti qələbəsini qazanıb

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turniri davam edir.
Müdafiə Nazirliyinin komandası turnirin növbəti görüşündə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin komandası ilə qarşılaşıb. Komandamız bu görüşdə rəqibini üstələyərək 4-1 hesabı ilə qələbə qazanıb.
"C" qrupunda mübarizə aparan Müdafiə Nazirliyinin komandası 4 oyunun sonunda maksimum nəticə göstərərək xallarının sayını 12-yə çatdırıb.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turniri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, eləcə də Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilir.

"Azərbaycan Ordusu"