Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2025 19:11

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə təlim-metodiki toplantı keçirilib

2024-cü tədris ilinin hazırlıq planına əsasən 15-17 yanvar 2025-ci il tarixlərində qoşun növü, birlik, birləşmə, hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə şöbə (bölmə) rəisləri, psixoloqları-şöbə (bölmə) rəislərinin baş köməkçiləri (köməkçiləri), təlim taborlarının psixoloqları, əlahiddə hərbi hissələrin qərargah rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə köməkçiləri ilə təlim-metodiki toplantı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov çıxış edərək Ali Baş Komandanın Azərbaycan Ordusunun qarşısında qoyduğu mühüm vəzifələrin uğurla həyata keçirilməsi nəticəsində ordumuzun döyüşə hazırlıq səviyyəsinin, eləcə də şəxsi heyətin vətənpərvərlik ruhunun artmasından danışıb, 2025-ci ildə müvafiq sahədə görüləcək işlər barədə Müdafiə Nazirliyi rəhbərliyinin tapşırıqlarını iştirakçıların diqqətinə çatdırıb.
Toplantıda ideoloji iş və mənəvi-psixoloji təminatın yüksəldilməsi istiqamətində ötən il ərzində görülən işlərə, əldə olunan nailiyyətlərə və nöqsanların aradan qaldırılmasına dair məruzələr dinlənilib, cari ildə bu istiqamətdə görüləcək işlər, perspektiv planlar müzakirə olunub.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərmanla mükafatlandırılıb.

"Azərbaycan Ordusu"