Bakıda Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turniri keçirilir.
39 komandanın iştirak etdiyi turnirdə Müdafiə Nazirliyinin komandası da mübarizə aparır. "C" qrupunda yer alan komandamız ilk iki oyununda Dövlət Reklam Agentliyinin komandasına 4:3, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin komandasına isə 4:1 hesabı ilə qalib gəlib.
Müdafiə Nazirliyinin komandası növbəti oyununu 2025-ci il yanvarın 12-də Elm və Təhsil Nazirliyinin komandasına qarşı keçirəcək.
"Azərbaycan Ordusu"