Çin Xalq Respublikasında Azərbaycan və Çin hərbi mütəxəssisləri arasında Xüsusi Təyinatlı Qüvvələr və maddi-texniki təminat sahələrində işçi görüşləri keçirilib.
İşçi görüşlərində qoşunlarda maddi-texniki təminatın effektiv təşkili ilə bağlı perspektiv məsələlər müzakirə olunub, hər iki ölkənin xüsusi təyinatlılarının peşəkarlığının daha da artırılmasına dair ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin qarşılıqlı təcrübə mübadiləsi və maraq doğuran bir sıra digər məsələlərdən danışıblar.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti Çinin Çendu və Çonçin şəhərlərindəki hərbi baza və mərkəzi anbarı ziyarət edib.
"Azərbaycan Ordusu"