Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2024 11:43

MOİK təmsilçisi Tiranada keçirilən yarışda dünya çempionu olub

Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatında Azərbaycan nümayəndə heyətinin tərkibində Mərkəzi Ordu İdman Klubunun (MOİK) üzvü Ülvü Qənizadə də çıxış edib.
Yunan-Roma güləşi üzrə 72 kq çəki dərəcəsində mübarizə aparan MOİK təmsilçisi 1/8 finalda Otar Abuladzeniyə (5:1), daha sonra Dominik Etlingerəyə (9:0), yarımfinalda isə çinli rəqibi Ji Lenqəyə (6:0) hesabı ilə qalib gələrək final mərhələsinə vəsiqə qazanıb.
Ü.Qənizadə həlledici görüşdə fransalı rəqibi İbrahim Qanemi 3:2 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.
Qeyd edək ki, Ü.Qənizadə 2023-cü ildə keçirilən Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən çempionatda fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək Avropa çempionu adına da layiq görülüb.

"Azərbaycan Ordusu"