"N" hərbi hissəsinin yaranma günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə hərbi hissənin şəxsi heyəti, ictimaiyyətin nümayəndələri, müharibə iştirakçıları və şəhid ailələri iştirak ediblər.
Müdafiə Nazirliyi rəhbərliyinin təbriki şəxsi heyətə çatdırıldıqdan sonra hərbi hissənin yaranma tarixi, keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunda aparılan uğurlu islahatların müsbət nəticələri bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif edilib.
Tədbir Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə sona çatıb.
"Azərbaycan Ordusu"