Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı hərbi attaşelik aparatının təşkilatçılığı ilə Daşkənd şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Tədbirdə Azərbaycan, ABŞ, Almaniya, Belarus, İtaliya, Koreya, Polşa, Rusiya, Türkiyə və Türkmənistan hərbi attaşelik aparatının nümayəndələri iştirak ediblər.
Qonaqlara mərkəzlə bağlı ətraflı məlumat verildikdən sonra burada fəaliyyət göstərən muzeylərə ekskursiya təşkil edilib. Nümayəndə heyəti muzeylərdə nümayiş etdirilən foto şəkillər və tarixi eksponatlarla tanış olub.
Sonda mərkəzin mahnı və rəqs ansamblının ifasında təqdim edilən musiqi nömrələri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
"Azərbaycan Ordusu"