Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 2024 18:46

Vətənpərvərlik tədbiri Vətəni sevdirmə missiyasıdır

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, hərbi hissə və birləşmələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən tədbirlər davam edir. Belə tədbirlər mahiyyət baxımından vətənpərlik tədbirləridir.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təbliğat-təşviqat qrupunun fəaliyyəti də bu baxımdan diqqəti çəkir. "Vətən uğrunda" ansamblının üzvləri dislokasiya yeri işğaldan azad edilmiş ərazilərdə olan hərbi hissələrdə müxtəlif səpkili tədbirlər keçirirlər ki, bunlar da bilavasitə hərbi qulluqçuların vətənpərvərlik duyğularının tarixi Zəfərin işığında formalaşmasına, mətinləşməsinə yönəldilir.
Mərkəzin əməkdaşları "N" hərbi hissəsində maarifləndirmə söhbəti təşkil edib. Maraqlı söhbəti Mərkəzin əməkdaşlarının hazırladığı nahar süfrəsi tamamlayıb. Belə səmimi tədbir əsgərlərdə xoş ovqat yaradıb. Əsgərlər "Əsgərə məktub" layihəsinin yerinə yetirdiyi missiyanı böyük coşqu ilə qarşılayıb - məktublar əsgərlərin könül dünyasının səyyarəsinə dönüb.
Vətənpərvərlik mövzusunda keçirilən sorğu-müsabiqə də maraqla qarşılanıb. Əsgərlər Azərbaycan dövlətçiliyinin tarixinə, hərb tarixinə, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə aid sualları əhatəli cavablandırıblar. Fərqlənənlərə "Bayraq", "Xarıbülbül" döş nişanları təqdim edilib. Əsgərlər bundan sonra da nümunəvi xidmət edəcəklərini bildiriblər.

Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"