Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Avqust 2024 13:19

“Qarabağın azadlığı: Tarix yazan oğulların şücaəti”

Azərbaycan torpaqlarında döyüşlər olub, neçə-neçə qəhrəmanlıq dastanı yazılıb. Vətən sevgisi hər bir azərbaycanlının qəlbində kök salmış, ruhuna hopmuşdur. Tariximizin elə bir səhifəsi yoxdur ki, onu varaqladıqca qarşımıza Vətən uğrunda canından keçən oğulların adı çıxmasın. Onlar bizim qürurumuz, tariximizin əbədi qəhrəmanlarıdır. 44 günlük Vətən Müharibəsi bu şanlı tarixdə yeni bir səhifə açdı. Bu müharibədə Azərbaycanın igid oğulları Vətən sevgisinin nəyə qadir olduğunu bir daha sübut etdilər. Bu müharibə Azərbaycan xalqının iradəsini, ordusunun gücünü və bir millətin öz torpağını qorumaq üçün nələrə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu müharibənin əsl qəhrəmanları, Vətənimizə qələbə sevincini yaşadanlar şücaətli əsgərlərimizdir.
27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun yüksək döyüş ruhunu və hazırlığını nümayiş etdirdi. Düşmənin illərdir möhkəmləndirdiyi müdafiə xətləri, ordumuzun peşəkarlığı və qətiyyəti qarşısında tab gətirməyərək yerlə-yeksan oldu. Vətən müharibəsinin ən yaddaqalan və həlledici anlarından biri, müəqddəs duyğular şəhəri olan Şuşanın azad edilməsi idi. Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi və bu qələbə Azərbaycan tarixinin ən böyük qəhrəmanlıq nümunələrindən biri kimi yadda qaldı. Şuşamızın azad edilməsi, bir tərəfdən Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, digər tərəfdən isə əsgərlərimizin Vətən sevgisini və qətiyyətini bir daha nümayiş etdirdi.
Vətən müharibəsinin hər bir qəhrəmanı tarixdə əbədi yaşayacaqdır. Onların cəsarəti, döyüşlərdə göstərdikləri şücaət Azərbaycanın hər bir vətəndaşı üçün örnəkdir. Onlar Vətən uğrunda şəhid olaraq Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda tarix yazdılar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Biz bu qələbəni şəhidlərimizə borcluyuq. Onların qanı yerdə qalmadı və heç vaxt da qalmayacaq".
Vətən müharibəsinin qəhrəmanları Azərbaycanın qürur mənbəyidir. Onların şücaəti, döyüş meydanında göstərdikləri fədakarlıq, ölkəmizin gələcək nəsilləri üçün bir qəhrəmanlıq məktəbi olacaqdır. Bu qəhrəmanların adı təkcə tarixi kitablarda deyil, həm də xalqımızın qəlbində əbədi yaşayacaq.
Bu torpaqda doğulan hər bir insanın ruhunda bir qəhrəman yatır. Vətən sevgisi ilə böyüyən, tarix yazan oğulların göstərdiyi şücaət, döyüş meydanında axıdılan qan, yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının yaddaşında əbədi olaraq qalacaqdır. Onların igidliyi, vətənpərvərliyi bizə daim yol göstərəcək və onların ruhu, bu torpağın hər bir zərrəsində yaşayacaqdır. Bu müqəddəs Vətən bizə, onların əmanətdir və bu əmanəti qorumaq isə hər birimizin borcudur.

Eltun MƏMMƏDOV "Azərbaycan Ordusu"