Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 2024 17:43

Hərbi hospitalda tədbir keçirildi

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hərbi hissə və birləşmələrdə mədəni-kütləvi tədbirlərin keçirilməsi hərbi qulluqçuların vətənpərvərlik ruhunun yüksəldilməsinə, milli-mənəvi dəyərlərin geniş təbliğinə və öyrənilməsinə xidmət edir. Bu məqsədlə vətənpərvərlik mövzusundakı tədbirlərə üstünlük verirlər. Tarixi, qədim adət və ənənələrimizi yaşadan bayram günləri, elm və incəsənət xadimləri ilə keçirilən görüşlər həmişə xoş ovqatla qarşılanır.
Mərkəzin əməkdaşlarının "N" hərbi hospitalında təşkil etdikləri tədbirdə öncə Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlət Himni səsləndirildi.
Mərkəzin əməkdaşları müasir Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdilər. Qeyd olundu ki, Ulu Öndərin həyat və fəaliyyəti Vətənimizə, xalqımıza həsr olunmuşdur. Azərbaycan tarixinin önəmli dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Hakimiyyətdə olduğu müddət ərzində Ulu Öndər Azərbaycan dövlətini inkişaf etdirərək dünya dövlətləri səviyyəsinə çıxarmışdır, Azərbaycanın müstəqilliyini əbədi və dönməz etmişdir. Onun böyük siyasi xəttini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycan iqtisadi, siyasi, hərbi, mədəni, sosial sahələr üzrə daha böyük uğurlara, qələbələrə imza atmışdır. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdur. Bu böyük qələbədən ruhlanan xalqımız və dövlətimiz Ulu Öndər Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyasına sadiq qalaraq daha böyük ucalığa doğru inamla addımlayır.
44 günlük Vətən müharibəsində hərbi həkimlərin göstərdikləri xidmətlər də həmişə yüksək qiymətləndirilir. Onlar Vətən müdafiəçilərinin sağlamlığının keşiyində həmişə məğrur dayanıblar. Onların göstərdikləri yüksək tibbi xidmət nəticəsində həyatı xilas edilən yüzlərlə hərbi qulluqçumuz xidmət yerlərinə geri qayıdıb.
Tədbirin sonunda Mərkəzin "Vətən uğrunda" ansamblının konsert proqramı hamıda xoş ovqat yaratdı.

Mübariz MUSAYEV

"Azərbaycan Ordusu"