Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Aprel 2024 15:35

Özbəkistan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında böyük sərkərdə və dövlət xadimi Əmir Teymurun irsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

2024-cü ilin 4 aprel tarixində Özbəkistan Respublikası Sılahlı Qüvvələrinin Hərbi Akademiyasında onlayn (VTC) formatında böyük sərkərdə və dövlət xadimi Əmir Teymurun irsinə həsr olunmuş “Военное искусство Амир Темура: стратегия и тактика.”adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda Özbəkistan Respublikası və xarici dövlətlərin Silahlı Qüvvələrinin nümayəndələri, ölkənin tanınmış dövlət və elm xadimləri, həmçinin ali təhsil müəssisələrinin tədqiqatçıları iştirak ediblər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi onlayn formatında qoşularaq bu konfransda Milli Müdafiə Universiteti Hərbi Elmi-Tədqiqat İnstitutunun nümayəndələri ilə təmsil olunub.
Konfransın plenar iclasında Özbəkistan Respublikası müdafiə nazirinin müavini, general-mayor Karşiyev Xamdam Əlikulovic konfrans iştirakçılarını salamlayaraq Əmir Teymurun böyük sərkərdə kimi hərb sənətinə verdiyi töhfələrindən danışıb və müharibə aparması üçün onun strateji baxışları və taktikada istifadə edilən üsullar barədə geniş məruzə ilə çıxış edib.
Konfransın plenar iclasında Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Arif oğlu Əliyev “Военно-исторические аспекты похода Амир Темура в Азербайджан во второй половине XIV века.” mövzusunda çıxış edib. Plenar iclasdan sonra beynəlxalq elmi-praktik konfrans işini üç bölmə üzrə davam etdirib və müzakirələr aparılıb.
Sonda beynəlxalq elmi-praktiki konfrans iştirakçılara Əmir Teymur irsinə həsr olunmuş videofilm təqdim olunub.

"Azərbaycan Ordusu"