"N" hərbi hissəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Polkovnik-leytenant Elmar Zeynalabdinov anım mərasimində geniş məruzə ilə çıxış edərək Xocalı soyqırımını Azərbaycan xalqının üzləşdiyi dəhşətli faciə aldandırıb, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xankəndi şəhərində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə günahsız insanlarımıza qarşı törətdiyi amansızlıqlardan geniş söhbət edib.
Zabit bildirib ki, bu il Xocalının anım mərasimini fərqli hisslərlə, qisasının alınmasını qürur hissi ilə qeyd etsək də, bu dəhşətli faciənin, soyqırımı cinayətinin, qətliamın xalqımıza yaşatdığı acıları heç vaxt unutmuruq və unutmayacağıq. Əminəm ki, bu qanlı faciə heç zaman xalqımızın və tarixin yaddaşından silinməyəcəkdir.
Sonra mərasimdə çıxış edən birlik komandiri polkovnik Oruc Abdullayev Xocalı soyqırımı ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb, Ermənistanın təxribatlarına və işğalçılıq siyasətinin davam etməsinə cavab olaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qələbəmizlə bitən Vətən müharibəsindən və Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror tədbirlərindən bəhs edib, Xocalı soyqırımının dünyaya tanıdılması üçün dövlətimiz tərəfindən atılan addımları xüsusi vurğulayıb.
Tədbirdə Xocalı soyqırımı ilə bağlı videoçarx və bədii-sənədli film nümayiş etdirilib.
İsa ELDAROĞLU Bakı şəhəri