Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Mart 2024 12:46

Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi təşkilatlarda hesabat seçki yığıncaqları keçirir

Müdafiə Nazirliyinin hərbi hissələrində, idarə və müəssisələrində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Zakir Müslümovun rəhbərliyi ilə yerli həmkarlar təşkilatlarında hesabat seçki yığıncaqları davam edir. "N" hərbi hissəsində həmkarlar ittifaqının üzvləri ilə keçirilən toplantıda əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə tədbir açıq elan olundu.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini İxtiyar İsayev ötən il komitə tərəfindən görülən işlərlə bağlı hesabat məruzə ilə çıxış etdi. Natiq təşkilat üzvlərinin hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən, ayrı-ayrı təşkilatlarda çalışan aztəminatlı ailələrə edilən yardımlardan, həmçinin həmkar üzvlərinin sanatoriya və istirahət evlərinə göndərilməsinin təmin edildiyini xüsusi olaraq vurğuladı. Bunun üçün təşkilatlarda çalışan həmkarlar təşkilatları sədrlərinin fəaliyyətlərini müsbət qiymətləndirdi.
İxtiyar İsayev Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin rəhbər heyətinin iştirakı ilə hesabat seçki yığıncaqlarının keçirilməsinin vacibliyindən də söz açdı.  Cari ildə keçirilən seçki yığıncaqlarında toplantı iştirakçılarının təşəbbüsü ilə növbəti illər üçün təşkilatlara yeni sədrlərin, müavinlərin və üzvlərin seçilməsində bilavasitə iştirakı komitənin fəaliyyətinin şəffaflığının təmin edilməsində mühüm rol olduğunu bildirdi.
Həmkarlar ittifaqı üzvlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində hesabat seçki yığıncaqlarının mühüm əhəmiyyət kəsb etdiyini və digər təşkilatlarda da seçkilərin keçirilməsinin nəzərdə tutulduğunu vurğuladı. Tədbirdə İxtiyar İsayev həmkarlar təşkilatının üzvlərini maraqlandıran suallara cavab verdi.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"