Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Dekabr 2023 11:47

Spartan taktiki nəqliyyat təyyarəsi

C-27J Spartan təyyarələri "Leonardo" kompaniyasının istehsalıdır, mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirərkən özünü beynəlxalq təcrübədə doğruldub.
"Alenia" C-27J Spartan, "Leonardo-Finmeccanica" şirkəti (2016-cı ilə qədər keçmiş "Alenia Aermacchi") tərəfindən hazırlanmış və orta ağırlıqdakı yüklərin daşınması üçün nəzərdə tutularaq istehsal edilmiş hərbi nəqliyyat təyyarəsidir. O, "Aeritalia" G.222 təyyarəsinin bazasında hazırlanıb və daha böyük "Lockheed Martin" C-130J "Super Hercules"də istifadə edilən mühərriklər və müxtəlif digər sistemlərlə təchiz olunub.
Ən çətin coğrafi relyef və əməliyyat şəraitində özünü sübut etmiş C-27J Spartan təyyarələri geniş çeşidli müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirməyə qadirdir. Bu, hərbi nəqliyyat missiyaları, paraşütçülərin və materialların havadan atışları, taktiki qoşun dəstəyi, xüsusi təyinatlıların əməliyyatları, humanitar yardım və fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün ideal hesab olunur.
Bəzi taktiki-texniki göstəricilərinə gəlincə: ekipajı 2 nəfərdir. Sərnişin tutumu - 60-a qədər əsgər və ya 46 paraşütçü və ya 6 müşayiətçi ilə xərəklərdə 36 yaralı; yük götürmə qabiliyyəti 11,300 kq-dır. Uzunluğu 22,7 metr, qanadların eni 28,7 metr, qanad sahəsi isə 82 kv.m-dir. Hündürlüyü 9,64 metr, yük sahəsi 3,33x2,60, boş təyyarənin çəkisi 17500 kq-dır.
Uçuş xüsusiyyətləri:
Kruiz sürəti 583 kmI/saat, maksimum sürəti 602 km/I/saat, minimum sürəti 194 kmI//saat, qalxma sürəti isə 13 mI//s-dir.

Hazırladı:

Könül CƏFƏRZADƏ

"Azərbaycan Ordusu"