Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20-ci ildönümü münasibətilə qol güləşi üzrə birincilik təşkil olunub.
Birinciliyin açılış mərasimində çıxış edən Heydər Əliyev adına Hərbi Liseyin rəisi polkovnik Elşad Həsənov və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq siyasətindən və Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməsindən danışıblar. Çıxış edənlər Prezident cənab İlham Əliyevin 20 illik prezidentliyi dövründə Azərbaycan Respublikasının qazandığı uğurlardan danışaraq kursantlara həm yarışda və həm də tədrisdə uğurlar arzulayıblar.
Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin və Heydər Əliyev adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə keçirilən yarışda əsas məqsəd qol güləşi üzrə idman növünün kursantlar arasında təbliğ edilməsindən ibarət olub. Yarışda 3 çəki dərəcəsində 43 kursant mübarizə aparıb.
Yarışın nəticələrinə əsasən 60 kq-dək çəki dərəcəsində Nihad Seyfullayev, Yusif Şeydayev, Kamran Əliyev, 60-75 kq çəki dərəcəsində Sinan Muradov, Əli Həsənov, Nurlan Hüseynov, 75 kq-dan yuxarı çəki dərəcəsində isə Ayxan Mustafazadə, Sevindik İmanov, Teymur Quliyev müvafiq olaraq I, II və III yerlərə layiq görülüblər.
Birinciliyin sonunda ilk üçlükdə qərarlaşan gələcəyin zabitləri diplomlarla təltif ediliblər.
Nəriman NƏCƏFOV Naxçıvan Muxtar Respublikası