Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 2023 11:11

Türkiyə ilə hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib

13 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı Hərbi attaşesi polkovnik Müşfiq Məmmədov Türkiyə Hərbi Hava Qüvvələrinin Komandanı ordu generalı Ziya Camal Kadıoğlunu vəzifəyə təyin olunması münasibətilə ziyarət etmişdir.
Görüşdə Hərbi Attaşelik Aparatının nümayəndələri də iştirak edib. Ziyarət zamanı Azərbaycan Ordusunun rəhbərliyinin səmimi təbrikləri qarşı tərəfə çatdırılmış, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasındakı qarşılıqlı fəaliyyət, hərbi, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Görüş zamanı, həmçinin keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti də qeyd olunub. Hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd olunub. Sonda Hərbi attaşe polkovnik Müşfiq Məmmədov qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi üçün fəaliyyətlərinin bundan sonra da ardıcıl şəkildə davam edəcəyinə əminliyini vurğulayıb.

"Azərbaycan Ordusu"