Terrorla mübarizəyə və sülhə böyük töhfələri olan türk əsgəri öz gücünü idman sahəsində də dünyaya sübut edib. Belə ki, İsveçdə keçirilən 67-ci Dünya Hərbi Pentatlon (beşnövçülük) yarışlarında Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları yüksək nəticə göstərərək dünya çempionu olublar.
Hərbiləşdirilmiş pentatlonda 16 ölkənin hərbi qulluqçuları ümumilikdə beş hissədən ibarət olan yarışda öz güclərini sınayıblar. Maneələrlə qaçış, estafet, atıcılıq və digər yarışlar üzrə qardaş ölkənin nümayəndələri seçmə mərhələdə Ekvador, dörddəbir finalda Almaniya, yarımfinalda Çexiya hərbçilərini geridə qoyaraq finala yüksəliblər. Finalda Əlcəzairdən olan iştirakçıları üstələyən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Əli Akaydın, İbrahim Akdəniz, Miraç Birkan, Mustafa Oğuz və Tolgahan Su komandalarına Dünya Çempionu adını qazandırıblar.
"Azərbaycan Ordusu"