Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2023 14:45

“Hərbi qulluqçu hər an döyüşə hazır olmalıdır”

Vətən müharibəsində qazanılan şanlı qələbə hər bir azərbaycanlını qürurlandırdı. Bu zəfər ordumuzun gücünə güc qatdı, xalqımızın ordunun qüdrətinə inamını daha da artırdı. Hər kəs əmin oldu ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları icra etməyə qadirdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev çıxışlarının birində demişdi: "Azərbaycan Ordusu bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır - həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizata görə".
İşğaldan azad olunan torpaqlarımızda yerləşən hərbi hissələrimizin birində xidmət edən əsgər Nihad Süleymanov ilə tanış olduq. O, hərbi xidmətə Göycay rayonundan çağırılıb. Leytenant Ramin Həmidov bildirdi ki, Nihad xidmətə başladığı ilk gündən intizamı, tərbiyəsi ilə əsgər yoldaşlarının və komandirlərinin hörmətini qazanıb.  Nihad "Xidmətimin arxada qaldığı müddət ərzində təlimlərdə fəal iştirak etmişəm, hərbi sirlərə dərindən yiyələnmişəm, döyüş vərdişlərini mənimsəmişəm", - deyə söhbətə başladı. Hər bir gəncin, hərbi mundiri geyinən hər bir hərbçinin istək və amalı torpaqlarımızı düşmən işğalından azad etmək idi. 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı bütün hərbçilərin, qəlbi Vətən sevgisiylə döyünən hər bir vətəndaşın məqsədinə çatmasının başlanğıcı oldu. Qüdrətli ordumuz döyüş meydanında düşməni məğlub edərək torpaqlarımızı işğaldan azad etdi. O illərdə yaşımın az olduğu üçün cismən Vətən müharibəsinin iştirakçısı olmasam da, ruhən cəbhədə döyüşən qardaşlarımızın yanında idim. Bu gün artıq mən də əsgərəm. Bir əsgər olaraq üzərimə düşən vəzifənin məsuliyyətini dərk edirəm. Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etsək də, hər bir hərbçinin istənilən an döyüşə hazır olmalı olduğunu anlayıram. Bunun üçün də  komandirlərimiz tərəfindən keçirilən nəzəri dərsləri diqqətlə dinləyir, hərbin bütün sirlərini mənimsəməyə çalışıram", - əsgər bildirdi.
Əsgərimizin sözlərindəki səmimiyyət və qətiyyət məni xeyli qürurlandırdı. İnanıram ki, Vətənini sevən belə əsgərlərimiz var olduqca, ərazi bütövlüyümüz də daimi olacaq.

Baş leytenant Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"