Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2023 13:28

Mən də Vətənimin oğluyam

Zabitlik peşəsinə yiyələnmək üçün bir çox mərhələləri uğurla keçən gənclər bu peşənin necə çətin və məsuliyyətli olduğunu bilirlər. Bu peşə  çətin, çətin olduğu qədər də məsuliyyətlədir. Düşünürsən ki, dünyada çətin olmayan peşə hansıdır?
Hər bir sənətin, peşənin özünəməxsus cavabdehliyi, ağırlığı, məsuliyyəti var. Hər hansı bir peşə, sənət adamı olmaq üçün səni bu sahəyə yönəldən, maraq yaradan ailən, yaxınların və ya özün varsan. Həyatda məqsədinə çatmaq üçün müxtəlif hədəfləri aşan, çətinliklərə sinə gələn gənclər istədikləri peşələrə sahib olaraq dövlətimizin inkişafı naminə çalışmağa başlayırlar.
Azərbaycan Ordusunda şərəflə xidmət etmək üçün liseyin kursantları çətin hədəfləri aşmağa və dövlətimiz üçün ən layiqli, qorxmaz, cəsur, mərd zabit kimi yetişməyə can atırlar. Birinci və İkinci Qarabağ savaşı onlar üçün bir örnək olmuşdur. Bu yolun  çətinliklərinə  baxmayaraq  bu yoldan dönməmək arzusu ilə yaşayırlar.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması məqsədini daşıyan Hərbi Qənimətlər parkına ekskursiyaya getmiş hərbi liseyin kursantları bir daha Azərbaycan Ordusunun yenilməz olduğunun şahidi oldular. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin komandanlığı tez-tez belə ekskursiyalar keçirir ki, bu da gənclərin dünyagörüşündə, təlim-tərbiyəsində, onların vətənpərvər bir ruhda tərbiyə olunmasına mühüm vasitədir. Beləliklə, İkinci Qarabağ savaşının canlı şahidi olan kapitan Heydər Fərəcov kursantlara parkın mühəndis-maneələr sistemini ehtiva edən ərazisində müxtəlif tipli maneələri göstərərək onlar haqqında ətraflı məlumat verdi. Onu da bildirdi ki, bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində düşmən tərəfindən qurulan Azərbaycan Ordusunun bölmələrinin uğurla dəf etdiyi mühəndis sistemləridir.
Kursantlar parkda şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələrinin quruluşu haqqında da məlumat əldə etdilər.   
Maarifləndirici məqsəd daşıyan bu gəzinti kursantların yaddaşında dərin bir iz qoydu.
 
Sevil QURBANOVA C.Naxçıvanski adına Hərbi Liseyin müəllimi