Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 May 2023 12:06

Hərbi Hava Qüvvələrində “Gizir hazırlığı” kursunun ilk buraxılış mərasimi keçirildi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.
Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində "Gizir hazırlığı" kursunun ilk buraxılış mərasimi keçirildi.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu. Məzunlara Hərbi Hava Qüvvələri Komandanının təbrikləri çatdırıldı.
Buraxılış mərasimində çıxış edən polkovniklər Namiq Bayramov və Mehman Valehov hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında belə kursların əhəmiyyətindən danışdı, məzunlara gələcək xidmətlərində uğurlar arzuladılar.
Kursu bitirən hərbi qulluqçular təhsil müddətində yaradılan şəraitdən və təhsil prosesindən razılıqlarını bildirdilər. Məzunlar göstərilən etimadı doğrulmaq üçün burada qazandıqları bilik və vərdişləri xidmətdə inamla tətbiq edərək xidməti vəzifələrinin icrasına daha məsuliyyətlə yanaşacaqlarına, Azərbaycan Ordusunun hərbi qulluqçusu adını şərəflə daşıyacaqlarına söz verdilər.
Məzunlara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi Xaliq Hüseynov yaş kötüyünə rəmzi emblem vurdu.
Sonda xatirə şəkli çəkdirildi.

İsa İSMAYILOV Müdafiə Nazirliyi Mətbuat Xidməti