Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2023 10:38

Azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşlər keçirilib

İllik fəaliyyət planına uyğun olaraq, Azərbaycan Ordusunun hərbi qulluqçularının döyüş əzminin artırılması, asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup zabitləri və "Əsgərə xatirə kitabı" layihəsinin nümayəndələri işğaldan azad edilən ərazilərdə dislokasiya olunan bölmələrdə xidmət edən hərbi qulluqçularla görüşüblər.
Görüşdə ideoloji otaqların zənginləşdirilməsi, əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliəyə maraqlarının artırılması məqsədilə Vətən müdafiəçilərinə elmi, bədii, publisistik və digər janrlarda yazılmış 2000-dən çox kitab hədiyyə olunub.

"Azərbaycan Ordusu"