Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2023 17:45

Həmkarların stolüstü tennis birinciliyi keçirildi

"Heydər Əliyev İli" ərəfəsində Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi İnstitutda stolüstü tennis yarışı keçirildi.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini İxtiyar İsayev yarış iştirakçıları qarşısında çıxış edərək bildirdi ki, ölkəmizin bütün sahələrində olduğu kimi, həmkarlar komitəsində də Ulu Öndər Heydər Əliyevin xatirəsi hər zaman hörmətlə yad edilir. Bu il ölkəmizdə "Heydər Əliyev İli" çərçivəsində komitəmiz tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunan silsilə idman tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Bu gün keçirilən stolüstü tennis birinciliyi də məhz bu qəbildən həyata keçirilən tədbirlərdəndir.
Sonra tədbir iştirakçılarına yarışın qaydaları haqqında qısa məlumat verildi. Altmışdan artıq həmkar üzvünün qatıldığı birinciliyi Heydər Əliyev adına Hərbi İnstitutun idman kafedrasının müəllimləri idarə etdilər.
İştirakçılar finala çıxmaq üçün inamla mübarizə apardılar. Belə ki, daha yaxşı hazırlıqlı idmançılar mübarizəni qələbə ilə başa vurdular. Gün ərzində davam edən stolüstü tennis brinciliyi uğurla sona çatdı.
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri adından İxtiyar İsayev qaliblərə fəxri fərmanlar və pul mükafatları təqdim etdi.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"