Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Dekabr 2022 14:52

Hərbi Polis İdarəsində Qadınlar şurasının yekun iclası keçirilib

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində Qadınlar şurasının cari ilin yekununa dair iclası keçirilib.
İclasda Hərbi Polis İdarəsində xidmət edən qadın hərbi qulluqçular, mülki işçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəxsi heyət Hərbi Polis İdarəsinin Qadınlar şurasının yaradılması və faəliyyəti haqqında məlumatlandırılıb. "Nümunəvi qadın hərbi qulluqçu" adlı videoçarx nümayiş olunub.
Daha sonra Azərbaycan Ordusunda qadın hərbi qulluqçularla bağlı çıxışlar dinlənilib, bu mövzuya dair ətraflı fikir mübadiləsi aparılıb.

"Azərbaycan Ordusu"