Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Dekabr 2022 14:52

Hərbi Anda sadiqlik Vətənə sadiqlikdir

Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfər qazandı. Bu Zəfər Azərbaycan əsgərinin tarixi qələbəsi oldu.
Zabit və əsgərlərimiz Aprel döyüşlərində, Günnut əməliyyatında və Tovuz döyüşlərində olduğu kimi Ali Baş Komandan İlham Əliyevin "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" kəlamını İkinci Qarabağ müharibəsində də təsdiqlədilər.
31 may 1999-cu ildə Ağdam şəhərində anadan olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən çavuş Ayxan Xəlilov hazırda işğaldan azad olunmuş ərazilərimizdə yerləşən “N” hərbi hissəsində xidmət edir.
İkinci Qarabağ müharibəsində iştirakından söz açan Ayxan dedi: "İyirmi bir yaşım var idi. Valideynlərimin xeyir-duası ilə Vətənimizin müdafiəsinə gəlmişdim. Ağır döyüşlər gedirdi. Komandirlərimizin peşəkarlığı sayəsində biz inamla irəliləyirdik. Mən də döyüşçü yoldaşlarımla birlikdə Vətən qarşısında borcumuzu şərəflə yerinə yetirdik. Birinci Qarabağ müharibəsində şəhid olanların ruhu bizi qisasa səsləyirdi. Biz bu çağırışa səs verə-verə döyüşüb qalib gəldik".
Onu da öyrəndik ki, çavuş Ayxan Xəlilov ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan əks-hücum döyüş əməliyyatlarında iştirakı zamanı şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə "Ağdamın azad olunmasına görə" medalına layiq görülüb.
Ayxan Xəlilov onu da dedi ki, biz indi də Vətənimizin müdafiəsində əzmlə dayanmışıq. Həmişə Hərbi andımıza sadiqik.

Elvin VƏTƏNDUST "Azərbaycan Ordusu"