Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Dekabr 2022 14:50

Hərbi İnstitutda idman tədbiri keçirilib

Heydər Əliyev adına Hərbi İnstitutda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum gününə həsr olunmuş idman tədbiri keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində ölkəmizdə idmanın inkişafı üçün münbit şərait yaradılmışdır. Respublikamızda idmanın populyarlaşması və dövlət qayğısı ilə hərtərəfli təmin edilməsi ordu idmanına da öz müsbət təsirini göstərib. Bu proses Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Göstərilən qayğının nəticəsində müxtəlif idman növləri üzrə peşəkar idmançılarımız ordumuzu olimpiya, dünya, Avropa və digər beynəlxalq yarışlarda uğurla təmsil edirlər.
Sonra kursantlar müxtəlif idman növləri üzrə güclərini sınayıblar.
Sonda idman tədbirində fərqlənənlər fəxri fərman, təşəkkür və qiymətli hədiyyələrlə təltif olunublar.

"Azərbaycan Ordusu"