Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Dekabr 2022 11:00

Şəhid kapitan Ramil Babayevin anım tədbiri keçirildi

Kürdəmir rayonunda yerləşən 1 nömrəli orta məktəbdə şəhid Ramil Taqət oğlu Babayevin anım tədbiri keçirildi.
Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, Kürdəmir rayon ictimaiyyət nümayəndələri, hərbi qulluqçular və Azərbaycanın digər bölgələrindən olan şəhid valideynləri iştirak etdilər.
Əvvəlcə Kürdəmir rayon Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət edildi, önünə əklil və gül dəstələri düzüldü. Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra şəhidin adını daşıyan şəhid kapitan Ramil Babayev adına 1 nömrəli orta məktəbdə anım tədbiri davam etdirildi.
Tədbirdə şəhidin valideynləri, həyat yoldaşı onunla bağlı xatirələrini bölüşdülər. Ramil Babayevin təhsil aldığı məktəbin müəllimləri, sinif yoldaşları məktəb xatirələrindən söz açdılar. Daha sonra mayor Qorxmaz Mehdiyev şəhid Ramil Babayevin hərbi  təhsilindən, hərbi xidmətindən, keçdiyi döyüş yolundan danışdı. Onun Vətən müharibəsi zamanı Murovdağ istiqamətində şəhadətə ucalmasını tədbir iştirakçılarının nəzərinə çatdırdı. "Kapitan Ramil Babayevi sıralarımızda görə bilməmək bizlər üçün çətin olsa da, onun şəhid adıyla qürur duyur, fərəhlənirik. Məktəblərdə belə tədbirlərin keçirilməsi də gələcək nəsillər üçün qəhrəmanlıq və vətənpərvərlik nümunəsidir. Düşünürəm ki, şəhid anım tədbirlərinin davamlı olması zəruri hallardan biridir. Rayonumuzda döyüşçü yoldaşımızın adını daşıyan orta məktəbdə onu yad etmək bizlərə ən böyük təsəllidir", - deyə mayor Qorxmaz Mehdiyev vurğuladı.
Daha sonra tədbir iştirakçıları şəhidin boya-başa çatdığı evi ziyarət etdilər, ruhuna dualar oxudular.

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"