Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Oktyabr 2022 11:55

Şagirdlərin Hərbi Dəniz Qüvvələrinə ekskursiyası

Yeniyetmələrin dünyaduyumunun formalaşmasında bu və ya digər müəssisəyə ekskursiyaların da böyük əhəmiyyəti olur. Son illərin ictimai-siyasi hadisələri vətənpərvərlik duyğularını daha da dönməzləşdirir, xalqın, bu sıradan məktəblilərin orduya sevgisinin, deməli, Vətənə sevgisinin sabahlarının mahiyyətini müəyyənləşdirir. Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən sonra yeniyetmələri gəncləşdirən, gəncləri Vətənə daha dərin mənəvi-psixoloji amillərlə bağlayan Vətən sevgisi orduya məhəbbətin stimuluna çevrilib.
Bakı şəhərindəki 274 saylı orta məktəbdə hərbi vətənpərvərlik tərbiyəsinə ciddi diqqət yetirilir. Məktəbdə təkcə yuxarı sinif şagirdlərinin deyil, aşağı sinif şagirdlərinin də dünyaduyumunun formalaşmasında hərbi vətənpərvərlik tərbiyəsi fənn səviyyəsində diqqətdə saxlanılır.
2020-ci ildə qazandığımız Zəfərdən sonra məktəblilərin bu və ya digər hərbi hissəyə ekskursiyası ayrı-ayrı məktəblərin ənənəsinə çevrilib. 274 saylı orta məktəbin 2-ci sinif şagirdlərinin Hərbi Dəniz Qüvvələrinə ekskursiyası heç zaman unudulmayacaq. Dənizçilər düşüncələrində bu yaşda uşaqların marağını yaşadacaq, şagirdlər dənizçilərdən eşitdiklərini, gəmilərin göyərtəsində motrosların dənizçi-hərbçi peşəsi haqqında danışdıqlarını. Kim bilir, bu şagirdlərin sırasından neçəsi gələcəkdə hərbçi-dənizçi olacaq!..

"Azərbaycan Ordusu"