Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Oktyabr 2022 16:10

Heydər Əliyev adına Hərbi İnstitutun kursantları kitab sərgisində iştirak ediblər

Bu günlərdə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VIII Beynəlxalq Kitab Sərgisi keçirilib. Sərgidə 10-dan çox ölkədən 60-dan artıq xarici təşkilat,118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunub. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün sahələrə olduğu kimi, beynəlxalq kitab sərgisinin keçirilməsinə xüsusi diqqət ayrılıb. Sərgidə ölkəmizin müxtəlif iş, sənət adamları, ictimaiyyətin nümayəndələri, həmçinin hərbçilər iştirak ediblər.

Kitab sərgisi Heydər Əliyev adına Hərbi İnstitutun kursantları üçün yaddaqalan olub. Hərbi İnstitutun  muzey rəisi Məzahir  Tahirovun rəhbərliyi altında bir qrup kursantın iştirakı onlar üçün maraq doğurub.

Kursant Ruslan Hüseynov fikirlərini bölüşərək bildirib ki, kitab sərgisinə böyük diqqət var. “Bu sərgi iştirakçı baxımından kütləviliyi ilə seçilən öncül festivallardan hesab olunur və cəmiyyətdə kitaba olan marağı artırır. Bizim burada iştirakımızı təşkil etdiyi üçün Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyinə kursantlar adından minnətdarlığımı bildirirəm”.

Kursantlardan Eldəniz Məmmədli, Arif Abbasov və başqaları ilk dəfə idi ki, belə bir sərgidə iştirak edirdilər, onları maraqlandıran yeni nəşirlərlə yaxından tanış olaraq istədikləri kitabları əldə edə biliblər.

 


"Azərbaycan Ordusu"