Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Oktyabr 2022 16:10

Hərbi hissənin yaradılmasının ildönümü qeyd edilib

Müstəqilliyimizin ilk illərində Ermənistan ölkəmizin ərazi bütövlüyünə qarşı təhdidlərə başladı. Həmin dövrdə Azərbaycan Ordusu yeni yaranırdı. Bu günlərdə ilk yaranan “N” hərbi hissəsinin 31-ci ildönümü qeyd edildi.

İldönümü tədbirinin Şəhidlər xiyabanında keçirilməsi həm hərb tariximizə, həm də hərbi hissənin şəhidlərinə ehtiram idi. Tədbir iştirakçıları Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirərək məzarları üzərinə gül dəstələri, "Əbədi məşəl" abidəsinin önünə əklil qoydular.

Tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin ruhunu ehtiramla yad etdilər.

Ehtiyatda olan polkovnik Əzizağa Qənizadə hərbi hissənin döyüş yolundan danışaraq qeyd etdi ki, bu hərbi hissə Birinci Qarabağ müharibəsində bir sıra uğurlu hərbi əməliyyatlar keçirib. Bu əməliyyatlar xarici havadarlarının hərbi yardımından bəhrələnən Ermənistanın silahlı qüvvələrinə qarşı qətiyyətlə döyüşürdü. Natiq həmin döyüşlərdən, döyüşlərin qəhrəmanlarından, şəhidlərindən də danışdı.

Ehtiyatda olan polkovnik-leytenantlar Qurban Qurbanov və İntiqam Mirzəyev bu hərbi hissənin döyüş yolunun sonralar xidmət edən zabit və əsgərlərin, gizirlərin mənəvi-psixoloji hazırlığına da təsir göstərdiyini qeyd etdilər.

İldönümü tədbiri ədəbi-bədii hissə ilə başa çatıb.

 


Elvin VƏTƏNDUST "Azərbaycan Ordusu"