Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Oktyabr 2022 10:50

Ordu sıradan başlayır

Ümummilli lider Heydər Əliyev deyərdi: "Orduda gərək dəmir nizam-intizam olsun. Nizam-intizam hər yerdə lazımdır. Amma ordu üçün bu, əsas şərtdir. Hər bir əsgər üçün, hər bir zabit üçün əsas şərtdir". Ulu Öndərin dahiyanə fikrinin təsdiqi kimi ordumuzda nizam-intizam əsas amillərdən biridir. Belə orduya sahib olmaq xalqın, dövlətçiliyin və ərazi bütövlüyünün qorunub saxlanılması deməkdir. Sıra hazırlığı döyüş hazırlığının tərkib hissəsi olmaqla, qoşunların həyat və fəaliyyətinin bütün sahələrinə təsir göstərir. O, döyüşçülərin iradəsini möhkəmlədir və hərbi nizam-intizama riayət etməyə kömək edir.
"N" hərbi hissəsində sıra hazırlığının yüksək səviyyədə keçirilməsinin, əsgərlərin məşğələ üzrə yerinə yetirdikləri hərəkətlərin nə qədər dəqiq olduğunun şahidi oldum. Kiçik çavuş Coşqun Abbasovla söhbət edərkən sıranın müqəddəsliyindən də söhbət açdı. "Ona görə müqəddəsdir ki, bir zamanlar şəhidlərimiz, qazilərimiz, qəhrəmanlarımız dayanıblar bu sıralarda. Hərbi texnika və silahların inkişafına baxmayaraq, müharibədə həlledici rol hələ də insana məxsusdur. Nizam-intizamsız ordu isə döyüş meydanında qələbə qazana bilməz".
Sıra meydanında əsgərlər sıra hazırlığının elementlərini həvəslə yerinə yetirirdilər. Hiss olunurdu ki, hər biri qalib ordunun adına layiqli əsgər olmaq üçün səylə çalışır. Söhbətləşdiyim əsgərlər də bu həqiqəti öz qətiyyətli sözlərilə də təsdiqlədirlər.
"Xidmətimizin düzgün təşkili üçün hər şəraitimiz var. Komandirlərimiz bizə diqqət və qayğı ilə yanaşır, keçirilən bütün məşğələlərdə  öz təcrübə və biliklərini gənc əsgərlərə həvəslə öyrədirlər. Digər dərslərdə olduğu kimi, sıra hazırlığı məşğələrində də bütün gücümüzü səfərbər edərək sıra hərəkətlərini icra edirik. Nizamlı addımlamağı, düzgün əsgəri salam verməyi və digər elementləri məşq edirik. Hər birimiz yaxşı başa düşürük ki, qalib ordunun əsgərləri kimi formalaşmağımızda sıra hazırlığının mahiyyəti yüksəkdir", - deyə əsgərlər  bildirdilər.

Elvin VƏTƏNDUST "Azərbaycan Ordusu"