Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 104 illiyinə həsr olunan "Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi" mövzusunda keçiriliən IX elmi-praktiki konfransda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin müəllim və kursant heyəti də iştirak edib.
Konfransda iştirak edən müxtəlif təhsil müəssisələrinin professor-müəllim heyəti dövrümüzün aktual problemlərindən biri sayılan fövqəladə hallarla bağlı elmi açıqlamalar verərək, "Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi" mövzusunda müxtəlif məruzələrlə çıxış ediblər. Hərbi liseyin müəllim və kursant heyəti "Sosial xarakterli fövqəladə hallar", "Təbiətdə baş verən hidroloji hadisələr", "Heydər Əliyev və Azərbaycan təhsili", "Təbii fəlakətlər və onlarla mübarizə" mövzularında çıxış edərək konfrans iştirakçılarının suallarını cavablandırıblar.
Sonda konfrans iştirakçıları sertifikatlarla təltif olunublar.
"Azərbaycan Ordusu"