Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 May 2022 18:00

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasında futbol yarışı keçirildi

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasında Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr olunan  futbol turniri keçirildi.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi.
Mərkəzi Hərbi Sanatoriyanın rəisi tibb xidməti polkovniki Elçin Abdullayev çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən, həmçinin ordumuzun yaranmasında mühüm rolundan söhbət açdı. Zabit vurğuladı ki, Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin orduya olan diqqət və qayğısı nəticəsində torpaqlarımız düşmən işğalından azad edildi.
Rəsmi hissə bitdikdən sonra yarışa start verildi.
Turnirdə iştirak edən komandalar arasında gərgin mübarizə şəraitində keçən yarışda qalib komandanın oyunçuları sanatoriya rəisi tərəfindən fəxri fərmanla mükafatladırıldı və xatirə şəkli çəkildi.   

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"