Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 2022 10:32

Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsinə ehtiram məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində anım mərasimi keçirildi. Şəhidlərimiz Musayev Emin Həsən oğlu, Əliyev Adil İsrafil oğlu və Həsənov Əli İbrahim oğlunun xatirəsinə həsr olunan mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, şəhidlərin ailə üzvləri, dostları və döyüş yoldaşları iştirak etdilər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Mərasim iştirakçılarına şəhidlərin ömür və döyüş yolu haqqında məlumat verilib.
Çıxış edənlər xalqımızın cəsur övladlarının Birinci Qarabağ müharibəsində göstərdikləri şücaətdən, böyük zəfərlə bitən Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun yazdığı qələbə tarixindən danışdılar. Qeyd olundu ki, Vətənimizin müstəqilliyi uğrunda döyüşən hər qəhrəmanımız əbədidir, onların xatirəsini yad etmək borcumuzdur.
Şəhidlərin ailə üzvləri və yaxınları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Mərasimin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirildi.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"