Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Mart 2022 16:17

Beynəlxalq Muğam Mərkəzində şəhid övladlarının iştirakı ilə “Həyata kitabla addımla” adlı tədbir keçirildi

Beynəlxalq Muğam Mərkəzində Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Nəşriyyatları Assosiasiyasının dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə "Həyata kitabla addımla" adlı geniş  tədbir keçirildi.
Müdafiə Nazirliyinin hərbi qulluqçularının, mülki əməkdaşlarının, Mədəniyyət Nazirliyinin və KİV-in nümayəndələrinin, şəhid övladlarının, məktəblilərin, digər qonaqların iştirak etdiyi tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirildi.
Tədbirin keçirilməsində əsas məqsəd ölkəmizin uğurlu gələcəyi naminə uşaqlarımızda maarifləndirici təbliğatın aparılması, onlarda kitaba, mütaliəyə həvəsin oyanması və intellektli, dünyagörüşlü gələcək nəslin yetişməsidir. Eyni zamanda, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının övladlarının parlaq gələcəyi naminə hazırlanan belə layihələrin cəmiyyətdə təşviq olunmasıdır.
"Həyata kitabla addımla" adlı tədbirdə məktəblilərin ifasında kitabla bağlı səhnəciklər, milli mahnı və rəqs nömrələri, Azərbaycan nağıl personajlarından ibarət çıxışlar təqdim olundu.
Çıxış edənlər Azərbaycanın xoşbəxt, parlaq gələcəyi naminə cəmiyyətdə belə maarifləndirici layihələrin təşkil olunmasının vacibliyini vurğuladı və tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə etdilər.
Tədbirin sonunda 1400-ə yaxın kitab, hədiyyələr məktəblilərə və şəhid övladlarına paylanıldı.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"