Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Fevral 2022 10:49

Qələbə ovqatlı əlamətdar gün

"N" hərbi hissəsinin yaranmasının 26-cı ildönümü münasibətilə hərbi hissədə tədbir keçirildi. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Əlamətdar gün münasibətilə çıxış edən polkovnik Mahir Mirzəyev bildirir ki, hərbi hissə yarandığı gündən qarşısında dayanan vəzifələri yüksək bacarıq və məsuliyyətlə yerinə yetirib. Hərbi hissənin zabit və əsgərləri Birinci Qarabağ müharibəsində də, Aprel döyüşlərində də, İkinci Qarabağ müharibəsində də yaxından iştirak ediblər. Torpaqlarımızın erməni işğalçılarından azad olunması naminə, düşmən üzərində Qələbə və Zəfər naminə igidliklə vuruşublar. 44 gün davam edən müharibə zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən hünər və cəsarət göstəriblər. "Hərbi hissənin ildönümünü zəfər və qələbə ovqatı ilə qeyd edirik. Hamımız üçün qürurverici bir gündür. Hörmətli zabit və əsgərlər, əlamətdar gün münasibətilə hər birinizi təbrik edir, gələcək xidmətinizdə sizə yeni-yeni uğrurlar arzulayıram".
Tədbirdə Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanovun təbrik məktubu oxundu. Məktubda deyilirdi ki, yoldaş zabitlər, gizirlər, çavuşlar, əsgərlər və mülki işçilər! Sizi hərbi hissənin yaranmasının ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində yüksək döyüş qabiliyyəti və mənəvi ruh nümayiş etdirərək uzun illərdən bəri işğalda qalmış torpaqlarımızı azad etdi. Vətən müharibəsində qarşıya qoyulan tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsində hərbi hissənizin şəxsi heyətinin də böyük əməyi olmuşdur. Əminəm ki, bundan sonra da xidməti borcunuzu layiqincə yerinə yetirəcək, döyüş hazırlığının və mənəvi-psixoloji ruhun yüksəldilməsində səylərinizi daha da artıracaq, Vətənimizin müdafiəsinə həmişə hazır olacaqsınız.
Polkovnik-leytenant Aqil İsmayılov, mayor Vüsal Kərimov, mayor Elnur Cavadov və başqaları da çıxış edərək şəxsi heyəti təbrik etdilər. Onlara xidmətlərində yeni-yeni uğurlar arzuladılar.
Sonda  xidmətdə fərqlənən bir qrup hərbçi qiymətli hədiyyələrlə, fəxri fərmanlarla mükafatlandırıldı. Şəxsi heyət qələbə ovqatlı əlamətdar bir gün yaşadı.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"