Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Yanvar 2022 15:29

İdman tarixindən maraqlı faktlar

İdmanın tarixi ən azı 3000 il əvvələ gedib çıxır. İlk vaxtlarda idman xarakterli hərəkətlərdən ovçuluq və müharibələrə hazırlıq vaxtı istifadə olunurdu. Eramızdan əvvəl 776-cı ildə keçirilən piyada və araba yarışları, güləş, tullanma, disk və nizə atma kimi fəaliyyətləri əhatə edən ilk Olimpiya Oyunları ilə qədim yunanlar dünyaya rəsmi idman növlərini təqdim etdilər.
O zamandan başlayaraq idman sahəsi inkişaf edərək arealını genişləndirməyi bacardı. Bu kateqoriyaya aid olan idman növlərindən biri də XXI əsrin lider oyunlarından biri hesab edilən basketboldur. Basketbol üçün ilk rəsmi qaydalar 1892-ci ildə hazırlanmışdı. Əvvəlcə oyunçular ölçüləri müəyyən edilməmiş meydançada futbol topu ilə yuxarı və aşağı çiləmə hərəkətləri edərək onu səbətə atmaqla xallar qazanırdılar. Dəmir halqalar və səbət 1893-cü ildə hazırlanmağa başlandı. Bununla belə hər dəfə topu səbətə salandan sonra əllə çıxarmaq təcrübəsinə son qoyana qədər on il keçməli oldu. Oyun üçün xüsusi olaraq hazırlanmış ilk ayaqqabılar - Converse All Stars 1917-ci ildə təqdim edildi və tezliklə əfsanəvi oyunçu Chuck Taylor tərəfindən məşhurlaşdı.
Boks idman fəaliyyət sahəsi kimi ilk dəfə təxminən eramızdan əvvəl 3000-ci ildə Misirdə yaranmışdır. Eramızdan əvvəl VII əsrdə qədim Olimpiya Oyunlarına daxil edilmişdir, o zaman boksçuların əl və qollarını qorumaq üçün yumşaq dəri qayışlardan istifadə olunurdu. Romalılar daha sonra alver məqsədiylə dəri qayışları “cestus” adlanan metaldan hazırlanmış əlcəklərlə əvəz etdilər.
Roma İmperiyasının süqutundan sonra boksun inkişafı zəiflədi və XVII əsrə qədər bu vəziyyət dəyişmədi. 1904-cü ildə Sent-Luisdə keçirilən Olimpiadada ABŞ boks üzrə ilk çıxış edən ölkə oldu. Oyuna daxil olan yeganə ölkə olaraq bütün medalları sahibləndi.
Olimpiya proqramına ilkin qəbul edildiyi vaxtdan bu idman növü 1912-ci il Stokholm Oyunları istisna olmaqla, sonrakı bütün oyunlara daxil olunmuşdur. Stokholmda keçirilməmə səbəbi onun həmin şəhərdə qadağan edilməsi idi. XIX əsrdə Amerikada boks qanuni idman hesab edilmirdi. Bu idman növü cinayət fəaliyyəti kimi qadağan olundu və boks matçları müntəzəm olaraq polis tərəfindən reyd edilirdi.

Hazırladı: Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"