Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Noyabr 2021 14:14

Media nümayəndələri Vətən müharibəsində iştirak edən hərbi qulluqçularla görüşüb

Azərbaycan Hərb Tarixi Muzeyində Vətən müharibəsində iştirak edən bir qrup hərbi qulluqçunun kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşü keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin əhəmiyyətindən danışılıb, Azərbaycan Ordusunun şəxsi heyətinin qəhrəmanlıq və şücaət nümunələrindən söhbət açılıb.
Döyüş iştirakçıları torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan əməliyyatlar barədə təəssüratlarını media nümayəndələri ilə bölüşüb və onları maraqlandıran sualları cavablandırıblar.
Media nümayəndələrinin hərbi qulluqçularla görüşü Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası ilə davam edib. Burada muzeyin eksponatları barədə ətraflı məlumat verilib və şəhidlərimiz şəxsi əşyaları, o cümlədən Vətən müharibəsində ələ keçirilən qənimətlərin bir qismi KİV nümayəndələrinə təqdim olunub.

"Azərbaycan Ordusu"