Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Noyabr 2021 09:55

Mərhum polkovnik Tofiq Ağayevin xatirəsi anılıb

Oktyabrın 31-də mərhum polkovnik Tofiq Məmmədxan oğlu Ağayevin xatirəsi anılıb. Əvvəlcə Tofiq Ağayevin Sumqayıt şəhər qəbiristanlığında məzarı ziyarət olunub.
Mərasimdə mərhumun ailə üzvləri, Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər.
Fəxri Qarovulun müşayiəti ilə məzar önünə əklil qoyulduqdan sonra zabit Tofiq Ağayevin ruhuna dualar oxunub.
General-mayor Bəkir Orucov mərhumun ailə üzvlərinə Müdafiə Nazirliyinin rəhbərliyi adından başsağlığı verib və qeyd edib ki, polkovnik Tofiq Ağayev Azərbaycan Ordusunun nümunəvi zabitlərindən biri kimi üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlib.
Digər çıxış edənlər bildiriblər ki, mərhum zabit hər zaman gənc hərbçilərimiz üçün örnək olub, o xidməti boyunca tabeliyindəki şəxsi heyətin qayğısına qalaraq hər kəsin yaddaşında xoş izlər buraxıb. Həmçinin vurğulanıb ki, mərhum zabitin yetirməsi olan və onun təcrübəsindən faydalanan  onlarla hərbi qulluqçumuz 44 günlük haqq savaşımızda düşmənə layiqincə cavab verənlər sırasında olublar.
Mərhumun yaxınları da Tofiq Ağayevin Vətəninə, xalqına, peşəsinə bağlı olmasından söhbət açıb və göstərilən diqqət və qayğıya görə Müdafiə Nazirliyinə və onun rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.  

"Azərbaycan Ordusu"