Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Oktyabr 2021 15:40

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında qarşıya qoyulan tapşırıqlar müzakirə olunub

44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Vətən müharibəsində cəmiyyətimizin nümayiş etdirdiyi birlik, həmrəylik qüdrətli Azərbaycanın bütün dünyada özünü təsdiqi kimi qəbul edildi. Vətən müharibəsində qəhrəmanlıq, mərdlik nümayiş etdirən hərbi həkimlərimizin rolu danılmazdır.
İstər müharibə dövründə, istərsə də müharibədən sonra hərbçilərimizin sağlamlığının keşiyində dayanan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında qarşıya qoyulmuş tapşırıqlarla bağlı iclas keçirilib. İclasda qarşıya qoyulan tapşırıqlar müzakirə olunub.
Öncə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Baş Klinik Hospitalın rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Roman Çobanov bildirib ki, Vətən müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. “Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik nümayiş etdirdi. Bizlər də hərbi səhiyyənin nümayəndələri olaraq əlimizdən gələni əsirgəmədik. Hərbi həkimlərimiz də müharibənin cəsarətli döyüşçüləriylə bir sırada idi. Bu gün aramızda olmayan tibb xidməti nümayəndələrinin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”.
İclasda tibb xidməti polkovniki şəxsi heyətə qarşıya qoyulan tapşırıqları çatdırıb, şəhid ailələrinə, qazilərə olan mənəvi dəstəkdən söz açıb, qarşıdan gələn 8 noyabr Zəfər gününün təntənəli keçirilməsi ilə bağlı gedən hazırlıqlarla maraqlanıb.

"Azərbaycan Ordusu"