Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyun 2021 10:00

103 yaşın mübarək, Azərbaycan Ordusu!

Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun Silahlı Qüvvələridir. Azərbaycan Ordusunun yarandığı gündən keşməkeşli və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm salnaməsidir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir.
Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan Azərbaycan Ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyi nəticəsində mümkün olub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində başlayan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Sevindirici haldır ki, zamanın sınağından alnıaçıq, üzüağ çıxan Azərbaycan Ordusu ölkəmizi düşməndən qorumağa qadir bir qüvvə kimi günümüzün danılmaz reallığına çevrilib. Bu uğuru ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında azadlıq və müstəqillik ideyalarının tam təmin olunması naminə hazırlanan ordu quruculuğu konsepsiyasının təntənəsi kimi dəyərləndirmək olar.
Bu gün sosial-iqtisadi inkişaf dinamikasına və ordu quruculuğu prosesində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan dünyada seçilənlər sırasındadır. Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malik ölkə statusunu daşımaqla bərabər, postsovet məkanında ən hazırlıqlı, qarşıya qoyulan tapşırığı müvəffəqiyyətlə yerinə yetirməyə qadir olan ordu formalaşdırıb. Hazırda ordu da daxil olmaqla bütün Silahlı Qüvvələrin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, hərbi intizamı, istərsə də maddi-texniki təminatı baxımından Azərbaycan nümunəvi bir dövlət olaraq qəbul edilməkdədir.
Bütün bunlar Azərbaycan Ordusunun inkişaf səviyyəsinin yüksək səviyyədə olduğunu göstərir. Azərbaycanda hərbi quruculuq bu gün də yüksələn xətlə inkişaf edir. Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət başçısı postunda fəaliyyətə başladığı ilk gündən Ümummilli Liderimizin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənənələri uğurla davam etdirməsi, o cümlədən ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır. Bu gün Silahlı Qüvvələrin inkişafının kompleks xarakter daşıdığını, Azərbaycanın hər zaman güclü orduya, digər silahlı birləşmələr növünə malik olduğunu qətiyyətlə deməyə əsas verir.
27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 30 ilə yaxın davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündən sonra, noyabrın 10-da Zəfərlə başa çatan Vətən müharibəsi ordumuzun inkişafının nəticəsi, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu.
Bayramın mübarək, Azərbaycan xalqı! 103 yaşın mübarək, Azərbaycan Ordusu!

Hüsniyyə İDRİSOVA BSU-nun IV kurs tələbəsi