Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 2020 11:30

“Hər an döyüşə hazırıq”

Ali Baş Komandan İlham Əliyevin göstərdiyi diqqət və qayğının sayəsində regionda sözünü deyə bilən, müasir silah və texnika ilə təmin olunan güclü ordumuz formalaşıb. Gündən-günə müasir tələblərə cavab verən şəxsi heyətin formalaşması, döyüş meydanında praktiki vərdişlərin təkmilləşdirilməsi üçün keçirilən təlimlər ordumuzun gücünə güc qatır. Belə güclü və müasir orduda xidmət edən zabitlərin üzərinə həm şəxsi heyətə döyüş ruhunun aşılanması, həm də onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək tutulması kimi mühüm vəzifələr düşür.
Ordu sıralarında xidmət edən hərbçilərimiz dəfələrlə istənilən döyüşə hazır olduqlarını sübut ediblər. Bunun bariz nümunəsi 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfəridir. Qazanılan bu qələbələr sadəcə başlanğıcdır. 12 iyul 2020-ci ildə mənfur düşmənin qəfil təxribatının qarşısının alıması da əsgərlərimizin ayıq-sayıq xidmət aparmasından və hər an döyüşə hazır olmasından xəbər verir.
Yenə yolumuz Vətənimizin müdafiəsində dayanan oğullarımızın yanınadır. "N" hərbi hissəsində bizi qarşılayan zabit Ceyhun Rzayev deyir ki, ordu sıralarında xidmət edən peşəkar zabit heyəti hərb sənətinə olan sevgisi, vətənpərvərliyi, bilik və bacarığı ilə tabeliyində xidmət edənlərə şəxsi nümunədir. “Əsgərlərimiz komandirlərinin öyrətdiklərini dərindən mənimsəyir, yuxarı komandanlıqdan hər an döyüş əmrini gözləyirlər. Onların mənəvi-psixoloji təminatı ordu quruculuğunun və döyüşə hazırlığın əsas göstəricilərindən biridir. Əgər hərbi qulluqçuların əhval-ruhiyyəsi yüksək olmasa, o ordu döyüş meydanında məğlub olacaqdır. Buna görə qarşımızda duran əsas vəzifələrdən biri şəxsi heyətin mənəvi-psixoloji və döyüş qabiliyyətini daim yüksək tutaraq, torpaqlarımızı düşmən işğalından hərb yolu ilə azad etməyə hər an hazır olmaqdır. Qafqazın ən güclü ordusunun zabiti olaraq deyə bilərəm ki, ordumuzun döyüş əzmi, mənəvi-psixoloji hazırlıq və peşəkarlıq səviyyəsi yüksəkdir. Hər birimiz Ali Baş Komandanın döyüş əmrini gözləyirik. Mütəmadi olaraq mövqelərdə olarkən, əsgərlərimiz nə zaman döyüş əmri veriləcəyini soruşurlar. Hər biri xalqımızın onlara olan etimadını doğrultmağa, işğal edilən torpaqlarımızı azad etməyə, soydaşlarımıza qələbə sevincini yaşatmağa tələsirlər. İnanırıq ki, o gün uzaqda deyil".
Zabitlə birgə döyüş mövqeyinə yola düşürük. Bizi qarşılayan leytenant Sərxan Namazov mövqedə heç bir hadisənin baş vermədiyini bildirir. Öyrənirik ki, Sərxan Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Düşmənə olan nifrəti onun zabit olmasına səbəb olub. Valideynlərinin xeyir-duasını alaraq sənədlərini Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə təqdim edir. Ehtiyat zabit hazırlıq kursunu müvəffəqiyyətlə başa vuran və leytenant hərbi rütbəsinə layiq görülən Sərxanın təyinatı düşmənlə təmas xəttində yerləşən bölmələrdən birinə verilir. O, tez bir zamanda komandirlərinin rəğbətini qazanır. Əsgərlərindən diqqət və qayğısını əsirgəməyən zabit, mütəmadi olaraq tabeliyində xidmət edənlərlə fərdi söhbət aparır.
- Ermənlər bizim əzəli düşmənimizdir, - deyə leytenant Sərxan Namazov söhbətə başlayır. - Onlar millətimizin xoş niyyətli olmasından istifadə edərək, torpaqlarımızın bir qismini işğal etdilər. Ancaq igid oğullarımız üzərində böyüyüb boya-başa çatdıqları torpaqlar uğrunda mübarizə apardılar. Bu gün də onlar səngərdə Vətənimizin müdafiəsində dayanırlar. Mübariz, Samiq, Raquf kimi igidlərimiz öz qəhrəmanlıqları ilə dillərə dastan oldular. Onların vətənpərvərlik hissi şəxsi istəklərini, arzularını üstələyirdi. Onlar Vətənimizin azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldılar. Məhz bu amil vətənpərvərlik deməkdir. İndi növbə bizdədir. Bizə əmanət buraxılan mirasa sahib çıxmalı, onu göz bəbəyimiz kimi qorumalıyıq. Mən də çalışıram ki, əsgərlərim yüksək döyüş hazırlığına malik olsunlar. Tədris müddətində mənimsədiklərimi əsgərlərimə öyrədirəm. Çünki döyüşün gedişini texnika yox, şəxsi heyətin döyüş hazırlığı həll edir. Əsgərlərimiz də öz növbəsində dərslərdə fəal iştirak edir, hərbin sirlərinə dərindən yiyələnməyə çalışırlar. Zabit onu da bildirdi ki, gələcək döyüşlərin iştirakçısı olmaq onun ən böyük arzusudur. “Mən qalib ordunun zabiti olmaq istəyirəm. Düşmənlərimiz də bilsinlər ki, Azərbaycan əsgəri istənilən an işğal edilən torpaqlarımızı azad etməyə qadirdir”.
Kiçik çavuş Ruslan Dadaşov səngərin hamı üçün müqəddəs olduğunu deyir. "Düşmənə nifrəti, Vətənə məhəbbəti məhz burada daha yaxından hiss etdik. Hərbi xidmətdə Vətənimizin hər qarış torpağını nəyin bahasına olursa-olsun, qorumalı olduğumu öyrəndim. Artıq əsgəri xidmətim sona çatır. Məndən sonra xidmətə gələn silahdaşlarıma da ayıq-sayıq olmağı, hərbin sirlərinə dərindən yiyələnməyi və hərbi formanı daim səliqəli daşımalarını tövsiyə edirəm. Xidmətim ərzində komandirlərimiz diqqət və qayğılarını bizdən əsirgəməyiblər. Hər zaman xidmətdə fərqlənənlər yuxarı komandanlıq tərəfindən mükafatlandırılırlar. Onlar həmişə əsgərlərlə vətənpərvərlik mövzusunda söhbətlər aparır, işğal edilən torpaqlarımızın zəngin təbiətindən danışır, Vətən torpaqları uğrunda canından keçən şəhidlərimizdən bizlərə geniş məlumat verirlər. Baş leytenant Fərid İsmayılov və leytenant Sərxan Namazov kimi vətənpərvər, savadlı zabitlərlə çiyin-çiyinə xidmət etməyimlə qürur duyuram".
Əsgər Azər Tele-zadə deyir ki, Vətənimə qüsursuz xidmət etməyi özümə mənəvi borc bilirəm. "Hamımızın bir amalı var - ata-baba yurdumuzu düşməndən azad edək. Döyüş növbətçisi olanda müşahidədən işğalda olan torpaqlarımızı görürəm. Bir zaman oralarda soydaşlarımız yaşayıblar. Bunları fikirləşəndə düşmənin üstünə irəliləmək, törətdikləri vəhşiliklərin, şəhid qardaş və bacılarımızın qisasını almaq istəyirəm. İnanıram ki, tez bir zamanda komandirlərimizin rəhbərliyi altında qisasımızı alacaq, erməniləri ata-baba yurdlarımızdan qovub çıxaracağıq. O günə qədər hər birimiz xidmətimizi düzgün təşkil etməliyik, hər an döyüşə hazır olmalıyıq. Yuxarı komandanlıq da bunun üçün hərbi hissədə hər cür şərait yaradıb. Komandirlərimiz döyüş və fiziki hazırlığımızı daima diqqət mərkəzində saxlayırlar. Onlar həmişə vurğulayırlar ki, düşmənlə üzbəüz döyüşdən qalib ayrılmalıyıq. Döyüş mövqeyində ayıq-sayıq dayanırıq, düşmənin bütün fəaliyyətini nəzarət altında saxlayırıq. Hər gün xidmətimizi döyüşə girəcəyimiz gün kimi təşkil edirik".
- Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində xidmət etməyimlə fəxr edirəm, - əsgər Rəşad Əhmədov deyir. - Gənc əsgər hazırlığı dövründə qazandığımız bütün bilikləri sınaqdan keçirməyə imkanımız var. Gecə və gündüz müşahidələr apardığımız zaman döyüş hazırlığında mənimsədiklərimiz biliklərdən istifadə edirik. Artıq gecəgörmə cihazları olmadan belə hər hansı bir səsin hansı istiqamətdən gəldiyini, hansı məsafədə olduğunu bilirik. Mühəndis hazırlığında komandirlərimizin öyrətdiklərindən istifadə edərək, səngərdə müxtəlif cür maneələr düzəldirik. Ən çox sevdiyim dərslərdən biri atəş hazırlığıdı. Artıq xidmətimin çox hissəsini geridə qoymuşam. Vaxtın necə keçdiyini hiss etmədim, çünki hər günümüz səmərəli və maraqlı keçirdi. Hər gün idmanla məşğul olduğumuz üçün fiziki gücümüz artır. Bu da o deməkdir ki, döyüş meydanında erməni əsgərindən cəld və güclü olacağıq. Düşmənlə əlbəyaxa döyüşdən qalib çıxacağıq. Onsuz da bütün dünyaya məlumdur ki, erməni xalqı çox aciz və qorxaq xalqdır. Qorxmaqda da haqlıdırlar, çünki güclü, mərd, cəsur və vətənpərvər Azərbaycan əsgərlərinin qarşısında dayanıblar.
Azərbaycan əsgərinin arzusu xalqımıza Qələbə bəxş etməkdir. Hər biri istəyir ki, torpaqlarımızın işğaldan azad edilməsində payı olsun. Qeyd etmək lazımdır ki, bütün bunların əsasında komandir və əsgərlərin arasında olan sağlam qarşılıqlı münasibət dayanır. Həmçinin ordu sıralarında xidmət edən savadlı və bacarıqlı komandirlərin olması tabeliyindəkiləri Qələbəyə ruhlandırır. Vətənin keşiyində ayıq-sayıq dayanan oğullarımız da yuxarı komandanlığın etimadını öz xidmətləri ilə doğrultmağa çalışırlar. Hər birinin sözlərindən bir daha əmin olursan ki, torpaqlarımızın müdafiəsi etibarlı əllərdədir.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR