Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Fevral 2020 10:33

Vətəni qorumaq üçün...

Salam, əsgər qardaşım!
Səni tanımasam da, səninlə qürur duyuram. Sənə belə müraciətə görə rəfiqələrim mənimlə qürurlanacaq.
Sizin hər biriniz hər birinizin əzizisiniz. Siz Vətənimizi qoruyursunuz, Vətənin keşiyini çəkirsiniz. Ürəyinizdə Vətən boyda bir sevgi var. Bu sevginin qüdrətidir ki, ictimaiyyət sizə arxalanır, sizə güvənir. İnanır ki, siz Ali Baş Komandanın döyüş əmriylə döyüşəcəksiniz, qələbə qazanacaqsınız, torpaqlarımız işğaldan tamamilə azad edəcəksiniz.
2016-cı ilin Aprel döyüşlərində siz də, mən də məktəbli idik. Qazanılan qələbənin sevincini məktəbli kimi yaşadıq. İstəyirəm ki, torpaqlarımızın işğaldan azad ediləcəyi günün sevincini siz əsgər kimi, mən tələbə kimi yaşayım.
Vətəni cəsarətlə, mərdliklə qoruyan əsgər qardaşım! Vətəni belə qoruduğunuz üçün, qürurlanmağa haqqınız var. Sizin bu qürurunuz qazanacağınız qələbənin başlanğıcıdır.
Siz həm də döyüşlərdə şəhid olanların döyüş yolunu davam etdirirsiniz. Siz körpələrin ömrünün Günəşini, Ulduzunu, Ayını və təbiətin gözəlliklərini qorumaqla Vətən qarşısında borcunuzu əsl azərbaycanlı kimi yerinə yetirirsiniz.
Hərdən özümə ünvanladığım, özüm də cavablandırdığım sualları xatırlayıram:
Şəhid kimdir? - düşmənə qalib gələn.
Şəhid kimdir? - bayrağını kəfən bilən.
Şəhid kimdir? - azadlığın əlacı.
Şəhid kimdir? - millətinin baş tacı!
Sağlıqla qalın, əsgər qardaşım. Mən də, mənim tələbə yoldaşlarım da sizə inanırıq. İnanırıq ki, siz Ali Baş Komandanın döyüş əmrinə hazırsınız. Vətəni qorumaq üçün özünüzü qoruyun.

Gülnar NƏZƏRLİ,
Bakı Qızlar Universitetinin II kurs tələbəsi