Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyul 2019 10:10

Torpaqlarımız işğaldan azad ediləcək!

Jurnalistika ixtisasını seçdiyimə görə taleyimdən çox razıyam. Həm də hərbçi peşəsini seçdiyim qədər razıyam. Yəni həm hərbçi olacam, həm də jurnalist...
Mən də bilirəm ki, Azərbaycan mətbuatı Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə başlayır. 144 il əvvəl qəzetin ilk sayı dərc olunub. Mən hərbçi olmağı qərara alanda  bu haqda o qədər də geniş məlumatım yox idi. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı olaraq gələcəkdə hərbçi-jurnalist olmağım üçün Moskva şəhərinə göndəriləndə də bu haqda bilgilərim zəngin deyildi. İndi bilirəm ki, Azərbaycan mətbuatı çox inkişaf edib. Azərbaycanda mətbuata senzura aradan qaldırılıb. Mətbuat haqqında qanun qəbul edilib. Bunlar söz azadlığını əhatəli şəkildə təmin edir.
Son illərdə Azərbaycan mətbuatına qayğı müqayisəyəgəlməz səviyyədə artıb. Belə ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb, qəzetlərin nəşrinə pul vəsaiti ayrılır, jurnalistlər üçün ayrıca binalar inşa edilir. Bunlar isə özlüyündə mətbuatın inkişafına dövlət qayğısıdır.
22 İyul Mətbuat Günüdür. Mən gələcəkdə jurnalist olacam. Jurnalistləri xaricdə təhsil alan azərbaycanlılar adından peşə bayramı münasibətilə təbrik edir, hər birinə böyük yaradıcılıq uğurları arzulayıram. İnanıram ki, mən təhsilimi başa çatdırana kimi torpaqlarımız işğaldan azad ediləcək.

Kursant Elvin VƏTƏNDUST