Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyun 2019 09:28

Yanğından mühafizəyə cavabdeh şəxslərlə təlim-metodiki toplanış keçirilib

Müdafiə Nazirliyinin "N" hərbi hissəsində Azərbaycan Ordusunun hərbi hissələrinin yanğından mühafizə xidməti və yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişlər ilə təlim-metodiki toplanış keçirilib.
Üç gün müddətində keçirilən təlimin mahiyyəti və qarşıda duran əsas məsələlərlə bağlı təlim iştirakçılarına məlumatlar verilib. Bildirilib ki, toplanışın keçirilməsində əsas məqsəd baş verə biləcək yanğın zamanı insanların təhlükəsizliyinin təmin edilməsi, təxliyə planının öyrənilməsi və şəxsi heyətlə maarifləndirmə işlərinin aparılmasıdır.
Təlim-metodiki toplanışda yanğın profilaktika işinin təşkili, yanğından mühafizə komandasının vəzifə borcları və hüquqlarının öyrədilməsinə dair dərslər keçirilib. Həmçinin yanğın-texniki avadanlıqların istismarına və onlara texniki qulluq göstərilməsinə də diqqət yetirilib.
Təlim-metodiki toplanış uğurla başa çatıb.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"