Naxçıvan Qarnizonu tam orta məktəbində mütaliə aylığı çərçivəsində “Oxu günü” keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar” elmi-pedaqoji əhəmiyyətinə görə təlim-tərbiyə prosesində, eləcə də gənc nəsildə vətənpərvərliyin formalaşmasında mühüm rol oynayır.
“Oxu günü”nün keçirilməsində əsas məqsəd də şagirdlərdə mütaliə vərdişlərinin daha da inkişaf etdirilməsidir. Sonda şagirdlər oxuduqlarını müxtəlif səhnəciklər vasitəsilə canlandırıblar.